Uşaq qidasından həşərat çıxdı, araşdırma başladıldı
Baxış
59
Uşaqlar üçün nəzərdə tutulmuş “Humana” qidasının içindən həşərat çıxdığı iddia olunur.
Medicina.az xəbər verir ki, görüntülər sosial şəbəkələrdə paylaşılıb. Vətəndaş sözügedən qidanı “Kanon” aptekdən aldığını iddia edib.
O bildirib ki, həşəratların evdə olduğunu düşünərək həmin qidadan yenisini alıb. Lakin yenə eyni mənzərə ilə üzləşib.
Qida Təhlükəsizliyi Agentliyindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, məsələ nəzarətə götürülüb və araşdırma aparılacaq.
Mənbə: https://www.medicina.az/usaq-qidasindan-heserat-cixdi-arasdirma-basladildi
Şərhlər (0)