14 Fevral 2020

Türkiyədə koronavirusun diaqnostikasında istifadə olunacaq yeni cihaz hazırlanıb

İstanbul, 12 fevral, AZƏRTAC

Türkiyədə koronavirusun diaqnostikasında istifadə olunacaq yeni cihaz hazırlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib.

Bildirilib ki, hazırda dünyada istifadə edilən üsulla virus orqanizmdə 4-24 saat ərzində aşkarlanır. Lakin yeni üsul vasitəsilə bu nəticəni 90-120 dəqiqəyə əldə etmək mümkündür. Testin 99.5 faiz doğru nəticə verdiyini qeyd edən nazir yeni cihazın ölkə xaricində də satışının planlaşdırıldığını bildirib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

30 Mart 2020
Koronavirus xəstələrində iy və dadbilmə hissinin itməsi barədə çoxsaylı məlumatlar var. İy və dad bilmə hissinin…
30 Mart 2020
Koronavirusun əsasən yaşlı insanlarda ağciyər problemi yaratdığı bildirilir. Ən çox onlarda pnevmoniya ilə bağlı ağırlaşmaların…
30 Mart 2020
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun yoluxması ilə bağlı ən çox yayılmış fikirlərdən birini rədd edib.…