23 İyun 2020

Tibbi maskalar uşaqları qoruyurmu? — AÇIQLAMA

Standart tibbi maskalar uşaqları böyüklərə nisbətən daha pis müdafiə edir.

Bu barədə “İzvestiya” qəzeti “National Institute for Public Health and the Environment”in (RIVM) hollandiyalı alimlərinin apardığı araşdırmanın nəticələrinə istinadən xəbər verib.

Onların sözlərinə görə, bütün fərdi qoruyucu vasitələr yoluxmanın qarşısını almaqda məqbuldur. Bununla belə, uşaqlar tərəfindən maska istifadəsinin effektivliyi böyüklərə nisbətən 20 faiz azdır.

Elm adamları bunu uşaqların çox hərəkət etməsi və maskanı tez-tez çıxarması ilə izah ediblər.

Digər vacib amil standart maskaların uşaqlar üçün çox böyük olmasıdır. Buna görə də, xüsusi olaraq onlar üçün fərdi qoruyucu vasitələrin istehsalına ehtiyac var.

Maska istehsal edən şirkətlərin nümayəndələri hesab edirlər ki, indi uşaqlar üçün qoruyucu vasitələr bazarın yüzdə birindən az hissəsini tutur.

Ancaq tədris ili başladıqdan sonra, o cümlədən koronavirusun ikinci dalğası səbəbindən onlara tələbat arta bilər. (oxu.az)

Ölkə.Az

09 İyul 2020
COVID-ə yoluxan analardan doğulan 16 körpə nəzarətdə saxlanılır COVİD-19 infeksiyası hamilə qadınlardan və yeni doğulmuş…
09 İyul 2020
Xroniki yorğunluğun SƏBƏBLƏRİ: 6 aydan çox davam edirsə... Bir qisim insanlar daimi olaraq yorğunluqdan əziyyət…
09 İyul 2020
Baş Səhiyyə İdarəsinin rəisi Nelli Veysova növbəti onlayn müsahibəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən COVİD-19…