Tələbələrin köçürülməsinə dair ELAN

Ölkə daxilində və xaricində ali və orta tibb təhsili müəssisələrində təhsil alan tələbələrin nəzərinə.

Xarici ölkələrdə və Azərbaycan Respublikasında ali və orta ixtisas tibb təhsili müəssisələrində təhsil alan tələbələrin ixtisasları üzrə Azərbaycan Respublikasında digər təhsil müəssisəsinə köçürülməsi, bərpa olunması məsələləri ilə bağlı müraciətlər, 12.07.2019-cu il tarixinə kimi Səhiyyə Nazirliyinin Kadrlar, elm və təhsil şöbəsinə təqdim olunmalıdır.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı