TƏBİB tibb tələbələrinə və rezidentlərə müraciət edib
Bakı, 11 iyun, AZƏRTAC
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tibb tələbələrinə və rezidentlərə müraciət edib.
TƏBİB-dən AZƏRTAC-a bildirilib ki, koronavirusla mübarizədə dövlətimizə və fədakar həkimlərimizə dəstək olmaq və yeni biliklər qazanmaq istəyənlər aşağıdakı linkdə qeydiyyatdan keçərək qoşula bilərlər.
Könüllü xidmət üçün yalnız III, IV , V və VI kurs tələbələri və rezidentlər müraciət edə bilərlər.
Qeyd: könüllü işlər həm ofis, həm də xəstəxanada həyata keçirilə bilər.
Könüllü xidmət üçün https://docs.google.com/forms/d/e/ daxil olaraq qeydiyyatdan keçmək mümkündür.