TƏBİB onlayn alış-verişlə bağlı müraciət etdi

Bakı. Asif Mehman – Trend:

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi COVID-19 pandemiyası dövründə onlayn sifariş zamanı diqqət olunmalı məsələlərə toxunub.

Trend xəbər verir ki, müraciətdə COVID-19 pandemiyası ərzində onlayn sifariş zamanı bunlara diqqət edilməsi tövsiyə olunub:

– Kuryerlərlə birbaşa təmasdan qaçınmaq üçün məhsulların qapıya qoyulmasını xahiş edin.

– Qida/əşyaları götürdükdən sonra əllərinizi ən azı 20 saniyə su və sabunla yuyun və ya spirt əsaslı məhluldan istifadə edin.