TƏBİB-in İdarə Heyətinin sədri K.Y. Fərəcov adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda görüş keçirmişdir

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində fəaliyyət göstərən K.Y. Fərəcov adına Elmi Tədqiqat Pediatriya İnstitutu və “Ankara Şehir Çocuk Hastanesi” arasında imzalanmış niyyət protokolu çərçivəsində Türkiyə Respublikasında 6 ay ərzində kurs keçəcək 15 həkimlə görüşüb.
Çıxış edən İdarə Heyətinin sədri ölkəmizdə səhiyyə sahəsinin daha da inkişaf etdirilməsi üçün həyata keçirilən yeni fəaliyyət istiqamətinin davamlılığı üçün həkimlərin ixtisaslaşmasının olduqca vacib olduğunu bildirib. R.Bayramlı bu istiqamətdə Türkiyə Respublikasının Səhiyyə Nazirliyi ilə sıx əməkdaşlıq edildiyini diqqətə çatdırıb.
Qeyd edək ki, layihə Türkiyə Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə həyata keçiriləcək.
Fotoğraf: AA