Körpələrin dərisində qabıqlanma: Seboerik Dermatit barədə. Həkim Nərmin Əzizova

Yaranma səbəbləri

Körpələr doğulduqdan sonra sürətlə böyüməyə başlayırlar. Bu dövrdə dəri altındakı yağ vəzilərində çox miqdarda yağ ifraz olunur və yaranan yağ təbəqəsi nəticəsində ölü hüceyrələr dəriyə yapışır və saç diblərinə yapışan qabıqlanma (kəpək) kimi görünən Seboreik Dermatitə səbəb olur. Körpələrin başında çoxlu miqdarda yağlı maddələrin toplanması nəticəsində, quru dəri qabıqlanması halında, saçlı dərini örtən ağ və ya sarımtıl-qəhvəyi rəngli təbəqə yaranır. Bir çox hallarda körpə 3 ayına çatdıqda Seboerik Dermatit öz-özünə yox olur. Çox nadir hallarda 1 yaşa qədər davam edə bilər. Bu qabıqlanma sadə tətbiqlərlə keçməklə bərabər diqqətsizlikdən ağırlaşa da bilər.

Başın dərisindən qaşlar, kirpiklər, alın, üz, burun və qulaqların ətrafındakı qıvrımlara, döşə, qoltuq altına və qasığa da yayıla bilinər. Körpələrdə ən çox baş dərisində müşahidə edilir. Seborik Dermatit qırmızı dəri və ya iltihablanma olmadan incə ağ pulcuqlar şəklində olur.

Qabıqlar qaşıntılı olmur və körpələri incitmir. Bəzi həssas dərili uşaqlarda hətta bez nahiyəsində belə səpkilər müşahidə oluna bilinər. Qabıqlanma əgər bez nahiyəsində müşahidə edilirsə çox vaxt göbələk infeksiyası ilə bərabər müşahidə edilir. Əgər göbələk infeksiyası qoşulubsa bu uşağı çox narahat edər və qaşıntılı olar. Bir qayda olaraq Seboreik Dermatit 1 yaşın sonunda itir.

Seborik Dermatitin səbəbi bilinmir. Lakin, genetik səbəblər, yağ vəzilərində və saç köklərində çox fazla dəri yağı toplanması ilə bərabər stress, kimyəvi qıcıqlandırıcı maddələr, quru və soyuq havanın təsirinin kombinasiyasına da bağlıdır. Bəzi mənbələr, bu Seboreik Dermatitin anadan körpəyə keçən hormonlara bağlı olduğunu düşünülür.

Bunlardan başqa hamamdan sonra saçların nəmli qalması, körpənin başının həmişə bağlı saxlanılması, otağın çox isti olması və vitamin çatışmazlığı kimi hallar saç dərisində qabıqlanmaya səbəb ola bilər.

Seboreik Dermatit, körpələrdə gigiyenik qaydalara riayət etməmək nəticəsində yaranmır.

Körpələrdə və uşaqlarda Seboreik Dermatit, saçlı dəridə və ya bədəndə aşağıdakı əlamətlərlə ortaya çıxır:

  • Saçlı dəridə ağ və ya sarı rəngli qabıqlanma;
  • Qalın, yağlı və pulcuqlanmış saç;
  • Saç dərisində bəzən pis qoxunun olması;
  • Çox artdıqda və müalicə edilmədikdə uşaqda narahatçılıq yaradır.

Müalicəsi

Xəstəlik kimi baxılmadığı üçün xüsusi müalicə metodu yoxdur. Bir çox körpələrdə öz özünə keçir. Saç dərisini əvvəl körpə yağı və ya körpə üçün xüsusi kremlər ilə masaj edilərək qabıqların yumşaldılması, körpə şampunu ilə yuyulması, ardınca daraqla yavaş yavaş daranması qabıqlanmanı təmizləyər. Lakin, zədələmək və ya qoparmaq qətiyyən olmaz. Həmçinin sürtülən məhsullar yaxşı təmizlənməlidir. Yoxsa təkrar olaraq saç diblərində yağ toplanması olar.  Uşağa yaxşı qulluq edildikdə heç bir müalicə tələb edilmir. Ailələr tərəfindən zeytun yağından istifadə edilməsinin müsbət nəticə verməsi barədə fikirlər mövcuddur. Lakin, zeytun yağından istifadə olunması qətiyyən məsləhət görülmür. Çünki, kəskin olduğundan dəri bütövlüyünü pozub göbələk infeksiyasının yaranıb yayılmasına səbəb olur.  Seboreik Dermatitə göbələk infeksiyası da qoşulubsa, ona da uyğun müalicə aparılması məsləhət görülür. Keçməyən Seboreik Dermatitlərdə mütləq həkimlə məsləhətləşin. Saçlı dəridə qanama, axıntı və ya bədənin digər nahiyələrinə yayılıbsa onda mütləq həkimə müraciət edilməlidir.  Həmçinin qabıqların ətrafında qızarıqlıq, qaşıntı, narahatçılıq, sızanağa bənzər səpgilər qabıqların ətrafına yaranırsa, dəridə temperatur artması olursa həkimə mütləq müraciət edin.

Bununla bağlı, körpələr üçün şampun seçdikdə aşağıdakı məsələlərə diqqət etmək lazımdır:

  • Pediatrik və dermatoloji testlərdən keçmiş olması;
  • Allergik dərilərə uyğun olması;
  • Tərkibində sabun, paraben kimi zərərli kimyəvi maddələrin olmaması. Belə ki, kimyəvi maddə tərkibində olan şampunlar daha da allergik problemləri artıra bilər.

Hər gün körpə çimizdirilsə belə dərinin qurumamasına və nəmləndirilməsinə diqqət edilməlidir. Qabıqlanma  azalmağa başladıqdan sonra 2-3 gündən bir çimizdirlə bilinər. Əsasən ailələr əmgəyə görə uşağın saçlı dərisinə masaj etməkdən çəkinirlər. Lakin, beyin toxumu əmgəyin bilavasitə altında yerləşmədiyi üçün çox yumşaq və incə hərəktlərlə masaj etmək olar.

Ümumiləşdirici faktlar

Beləliklə də, Seboreik Dermatit həm böyüklər, həm də körpələrə təsir edən ümumi iltihablı bir dəri xəstəliyidir. Buna tez-tez “beşik qapağı” da deyilir və o, adətən baş dərisində pulcuqlu, yağlı ləkələr kimi görünür. Körpələrdə Seboreik Dermatitin dəqiq səbəbi tam öyrənilməmişdir, lakin araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, onun inkişafına bir neçə amil kömək edir. Belə ki:

  1. Həddindən artıq aktiv yağ bezləri

Körpələrdə Seboreik Dermatitin piy (yağ) vəzilərinin həddindən artıq işləməsi nəticəsində yarandığı mülahizələr irəli sürülür. Hamiləlik dövründə analar körpələrinə yağ vəzilərini stimullaşdıra bilən hormonları ötürürlər. Bu vəzlər daha çox yağ istehsal edir, bu da dəridə yağın yığılmasına gətirib çıxarır, burada ölü dəri hüceyrələri ilə qarışaraq xarakterik pulcuqlar əmələ gətirir. Bu vəziyyət 2 həftədən 12 aya qədər olan körpələrdə daha çox rast gəlinir. İstinad: Lobato, S. N. və başqaları. (2021). “Uşaqlarda və körpələrdə seboreik dermatit.” Dermatologiya Hesabatları.

  1. Göbələklərin çoxalması (Malassezia)

Seboreik Dermatitin digər əsas amili dəridə yaşayan Malassezianın həddindən artıq böyüməsidir. Sağlam insanlarda bu maya balanslaşdırılmış vəziyyətdə olur, lakin bəzi insanlarda maya həddindən artıq böyüyərək dərinin qıcıqlanmasına səbəb olur. Həddindən artıq aktiv piy vəziləri Seboreik Dermatiti gücləndirərək Malassezianın inkişaf edə biləcəyi bir mühit yarada bilər. İstinad: Oresajo, C. O. və başqaları. (2016). “Seboreik Dermatitdə Malasseziyanın rolu.” Klinik Dermatologiya.

  1. Genetik və Ətraf Mühit Faktorları

Seboreik Dermatitdə genetik və ətraf mühit faktorları da rol oynayır. Ailədə ekzema, astma və ya digər dəri xəstəlikləri olan körpələr daha yüksək risk altında ola bilər. Bundan əlavə, temperatur və rütubət kimi ətraf mühit amilləri simptomların şiddətinə təsir göstərə bilər. İstinad: Yamamoto, T. və başqaları. (2022). “Körpələrdə Seboreik Dermatitdə genetik və ətraf mühit faktorları”. Dermatoloji Elmlər Jurnalı.

  1. Körpələrdə özünü məhdudlaşdıran təbiət

Körpələrdə Seboreik Dermatitin vacib cəhətlərindən biri onun adətən öz-özünə keçməsidir. Körpənin cəsədi ana bətnindən kənar həyata uyğunlaşdıqca və hormonal səviyyələr sabitləşdikcə bir çox hallar öz-özünə həll olunur. Əksər körpələrdə simptomlar 6-12 aylıq olana qədər əhəmiyyətli dərəcədə yaxşılaşır. Bu, müalicəni uzunmüddətli həll yolu deyil, ilk növbədə simptomların aradan qaldırılması və idarə olunmasına yönəldir. İstinad: Boguniewicz, M. və Leung, D. Y. (2011). “Körpə və uşaqlıqda seboreik dermatit.” Uşaq Dermatologiyası.

  1. Müalicə Seçimləri

Seboreik Dermatit adətən öz-özünə keçsə də, simptomları yüngülləşdirmək üçün bəzi müalicə variantları mövcuddur:

Zərif yuyulma: Baş dərisinin yumşaq uşaq şampunu ilə müntəzəm yuyulması təsirli ola bilər.

Yerli müalicələr: Daha davamlı hallarda, pediatrlar iltihabı azaltmaq və Malassezia böyüməsini idarə etmək üçün hidrokortizon və ya antifungal kremlər kimi müalicələri tövsiyə edə bilərlər.

Yağ və ya nəmləndiricilər: Yuyulmadan əvvəl körpə yağı və ya vazelin sürtmək kömək edə bilər.

İstinad: Zouboulis, C. C. və b. (2009). “Seboreik Dermatit üçün müalicə strategiyaları.” Dermatologiya.

Nəticə olaraq, körpələrdə və ya beşik qapağında Seboreik Dermatit hormonal dəyişikliklər, həddindən artıq aktiv yağ vəziləri və Malasseziyanın həddindən artıq böyüməsi ilə əlaqəli ümumi bir vəziyyətdir. Adətən özünü məhdudlaşdırır, lakin müvafiq qayğı və müalicə ilə idarə oluna bilər.

 

Nərmin Əzizova,

K.Y.Fərəcova adına ETPİ-nin həkimi və dissertantı, ATU-nun I Uşaq Xəstəlikləri kafedrasının əməkdaşı