Şəkidə toydan sonra xəstəxanaya müraciət edən 21 nəfərdə disbakterioz aşkarlanıb

Bakı, 28 avqust, AZƏRTAC

Şəkinin Çeşməli kəndində eyni toyda iştirak edən 21 nəfər mərasimdən sonra Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciət edənlərin müayinəsi zamanı onlarda disbakterioz aşkarlanıb. Xəstələrə tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar.