29 Dekabr 2017

Səhiyyə Nazirliyinin mətbuat katibi Liya Bayramova “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif olunub

Səhiyyə naziri Oqtay Şirəliyev nazirliyin mətbuat katibi Liya Bayramova ilə bağlı əmr imzalayıb. Sputnik Azərbaycan xəbər verir ki, səhiyyə naziri Oqtay Şirəliyevin 88 nömrəli 26 dekabr 2017-ci il tarixli əmri ilə Səhiyyə Nazirliyinin mətbuat katibi Liya Bayramova “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif olunub.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin mətbuat şöbəsi media ilə səmərəli əməkdaşlığı ilə seçilir. KİV-lərin Səhiyyə Nazirliyinə ünvanladığı sorğular vaxtında cavablandırılır, keçirilən tədbirlərdə medianın iştirakı üçün şərait yaradılır.

 

Sputnik Azərbaycan

Azərbaycanın ilk milli pediatrik internet portalı – Pediatriya.az portalı adından Səhiyyə Nazirliyinin mətbuat katibi Liya Bayramovanı yüksək mükafatla təltif olunması ilə əlaqədar təbrik edirik, onun çətin və şərəfli işində uğurlar arzu edirik.

 

04 Mart 2021
Spinal muskular atrofiya (SMA) nədir? SMA-Spinal Muskular atrofiya  şəxsin mərkəzi sinir sistemini, periferik sinir sistemini…
22 Fevral 2021
Son vaxtlar yeni növ koronavirus (COVID-19) infeksiyasından sağalan xəstələrdə sonradan müəyyən fəsadlar yaranması halları müşahidə…
22 Fevral 2021
Milli Hidrometeorologiya Xidməti havanın dəyişəcəyi barədə xəbərdarlıq edib. Xidmətdən Trend-ə verilən məlumata görə, Bakıda və…