Şagirdlərin yerdəyişməsi prosesi DAYANDIRILIR
Baxış
73
Şagirdlərin yerdəyişməsi prosesi dayandırılır.
Oxu.Az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) açıqlama yayıb.
Bildirilib ki, 20 avqust saat 15:00-dan etibarən başlayan şagirdlərin elektron yerdəyişməsi yekunlaşır.
Sy.edu.az elektron sistemi vasitəsilə ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə mərhələsi 7 sentyabr saat 12:00-da dayandırılacaq. Həmin müddətə qədər sorğu yerləşdirən valideynlər 10 sentyabr saat 15:00-a qədər övladlarının sənədlərini yerdəyişmə etdikləri ümumi təhsil müəssisəsinə təqdim etməlidirlər.
Qeyd edək ki, yerdəyişmə prosesi başa çatdıqdan sonra tamamlanmayan sorğular və növbələr avtomatik olaraq sistem tərəfindən silinəcək.
Şərhlər (0)