Rezidenturanı bitirən gənc həkimlər TƏBİB-də işə başlayıblar

Baxış
107

TƏBİB-in İcraçı direktoru Anar Bayramov TƏBİB-in tabeli tibb müəssisələrində fəaliyyətə başlayan həkim-rezidentlərlə görüş keçirib.

Rezidenturanı uğurla başa vuran gənc mütəxəssislər şəffaf seçim prosesi nəticəsində Yeni Klinika, Mərkəzi Neftçilər Xəstəxanası və digər ixtisaslaşmış tibb müəssisələri, eləcə də region xəstəxanalarında işə başlayıblar.

Görüşdə bildirilib ki, səhiyyə müəssisələrinin peşəkar kadrlarla gücləndirilməsi TƏBİB-in əsas prioritetlərindən biridir. Bu addım ölkə üzrə tibbi xidmətin keyfiyyətinin və əlçatanlığının daha da artırılmasına xidmət edir.

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin