Rezidentlərin dövrü attestasiyası haqqında Elan
18 mart 2020-ci il tarixində Azərbaycan Tibb Universitetində həkim-rezidentlər üçün dövrü attestasiya imtahanı keçiriləcəkdir.
Dövrü attestasiya test formasında həyata keçirilir. Test mərhələsində rezident 2 saat ərzində 50 test sualına cavab verir. Test imtahanı komputer vasitəsilə aparılır. 50 test suallarına hər düzgün cavab 1 balla qiymətləndirilir. Səhv cavablar və ya sualın cavabsız qoyulması sıfır bala bərabər tutulur. Testin yekununa görə 30 və ya daha çox bal toplayan rezidentlər dövrü attestasiyadan keçmiş hesab edilir. Testləri əhatə edən ədəbiyyat siyahısı amu.edu.az saytına yerləşdirilib.
Dövrü attestasiyada iştirak etmək üçün rezidentlər mütləq şəxsiyyət vəsiqələrini təqdim etməlidir.
Dövrü Attestasiya 18.03.2020-ci il tarixində saat 09:00-da Azərbaycan Tibb Universitetinin İmtahan Mərkəzində keçiriləcəkdir. Rezidentlər şəxsiyyət vəsiqələrini təqdim etməklə 14.03.2020-ci il tarixindən etibarən İmtahan Mərkəzində istifadəçi şifrəsini əldə edə bilərlər. İmtahan Mərkəzi Azərbaycan Tibb Universitetinin 5-ci korpusunda yerləşir.
Dövrü Attestasiya ilə bağlı Azərbaycan Tibb Universitetinin rezidentura və magistratura şöbəsinə müraciət edə bilərsiniz: əlaqə 012 597 44 83
Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı