Qubada yeniyetmə süni göldə batıb
Quba rayonunun Digah kəndi yaxınlığında süni göldə yeniyetmə batıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, batan 12 yaşlı oğlanın meyiti göldən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib:
“İyun ayının 3-də Quba rayonunun Digah kəndi yaxınlığında süni göldə batan 2012-ci təvəllüdlü Yusif Elşad oğlu Ələsgərovun cəsədi FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib”.