Pediatriya.az-ın təsisçisi, həkim-pediatr Nərmin Əzizova "Sağlam Radio"nun canlı efirində çıxış edəcəkdir

Baxış
85

21 oktyabr 2026-cı il tarixində, saat 18:00 – 20:00 aralığında Pediatriya.az tibb portalının təsisçisi, həkim-pediatr Nərmin Əzizova dinləyiciləri maraqlandıran sualları cavablandırmaq və vacib tövsiyələrini bölüşmək üçün radio efirinin qonağı olacaq.

Çıxış Sağlam Radio (93.0 FM) dalğasında yayımlanan “Sağlam Həyat” verilişinin axşam efirində, saat 18:00 – 20:00 aralığında baş tutacaqdır.

Verilişin mövzusu: “Yenidoğulanlarda təhlükə siqnalları: nə vaxt həkimə müraciət etməli?”

Canlı efir əlaqə nömrəsi: +994 55 93 490 93

Veriliş çərçivəsində yenidoğulmuş körpələrin qulluğu və sağlamlığı ilə bağlı kritik məqamlar, eləcə də valideynlərin təxirəsalınmaz tibbi yardıma müraciət etməsini tələb edən simptomlar geniş müzakirə olunacaq. Dinləyicilər qeyd olunan əlaqə nömrəsi vasitəsilə canlı efirə qoşularaq həkimə öz suallarını ünvanlaya bilərlər.

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin