Pediatr: "Uşaqlara soyuq və qazlı su vermək olmaz"

“Təbii üsulla hazırlanan dondurmalar uşaqlar üçün zərərli deyil. Bəzən maye hissəsi çox olan dondurmanı buz kimi qəbul edirik”.

“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev yay aylarında uşaqların qidalanması ilə bağlı danışarkən deyib.

O bildirib ki, buzlu dondurmalar boğaza zərər verərək öskürməyə səbəb ola bilər: “Belə olanda bəzi bakteriyaların inkişaf etməsinə münbit şərait yaranmış olur. Avropa ölkələrində 2-3 yaşından dondurma yeməyə başlayırlar. Orqanizmi də buna qarşı immuniteti varsa, problem olmur. Ümumilikdə isə soyuq və qazlı su içkiləri uşaqlara qəti tövsiyə olunmur. Yay mövsümündə tərləmə çox olduğundan və su itkisi səbəbindən maye qəbulu məsləhətdir”.