Özbəkistanlı mütəxəssislər Pediatriya İnstitutunda olub

Baxış
11

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda Özbəkistanın Səmərqənd Dövlət Tibb Universitetinin nümayəndələri ilə görüş keçirilib.

Əməkdaşlıq müqaviləsi çərçivəsində Səmərqənd Dövlət Tibb Universitetinin Uşaq Cərrahiyyəsi Klinikasının baş həkimi, Uşaq Cərrahiyyəsi kafedrasının müdiri professor Cəmşid Şəmsiyev və Səmərqənd Uşaq Hospisinin baş həkimi, nevroloq dosent Saodat İgamova instituta səfər ediblər.

Səfər zamanı professor Cəmşid Şəmsiyev İnstitutun bütün klinik şöbələrində olub, şöbələrin fəaliyyəti, tibbi xidmətin təşkili, eləcə də müalicə-diaqnostika imkanları ilə tanış olub.

Professor Şəmsiyev klinik şöbələrdə müalicə alan, mürəkkəb və çətin diaqnostik halları olan uşaqların müalicə prinsipləri ilə tanış olub. O, xəstələrin diaqnostikası, müalicə prosesi və klinik xüsusiyyətləri barədə həkimlərdən ətraflı məlumat alıb. Səfər çərçivəsində uşaq cərrahiyyəsi şöbələrində müalicə alan xəstələrin vəziyyəti ilə bağlı müzakirələr də aparılıb.

Görüş zamanı pediatriya və uşaq cərrahiyyəsi sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi, peşəkar əlaqələrin möhkəmləndirilməsi və gələcək əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Əməkdaşlıq planına əsasən, Səmərqənd Dövlət Tibb Universitetinin tibbi personalının K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun təcrübəsi ilə tanış olması, həmçinin kadr hazırlığı istiqamətində qarşılıqlı təcrübi mübadilənin həyata keçirilməsi nəzərdə tutulur.

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin