Övladlığa və himayədar ailəyə verilən uşaqların sayı AÇIQLANDI

Baxış
22

“2019-cu il noyabrın 1-dən ümumilikdə 737 uşaq övladlığa verilib”.

Oxu.Az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov agentliyin beş illiyinə dair keçirilən mətbuat konfransında deyib.

Sədr bildirib ki, onlardan 371-i oğlan, 366-sı qızdır:

“Habelə son illərdə ölkəmizdə “Himayədar ailə” qayğı modelinin tətbiqinə başlanılıb və artıq 49 uşaq himayədar ailələrə verilib. Onlardan 30-u qız, 19-u oğlanlardır”.

Aləmdə Nəsib

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin