Azyaşlıların sağlamlığı üçün texnoloji yenilik: Pediatriya İnstitutuna yüksək texnologiyalı KT cihazı verildi

Səhiyyə Nazirliyinin dəstəyi ilə K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu ən müasir rəqəmsal Kompüter Tomoqrafiya (KT) cihazı ilə təchiz edilib.

Yeni nəsil, ultra yüksək tezlikli, 164 kəsikli spiral tipli bu cihaz yüksək dəqiqlikli (HD) görüntülər təqdim edir və xüsusi opsiyalar sayəsində pasiyentlərin yüksək şüalanmaya məruz qalma riskini minimuma endirir.

Cihaz kontrastsız və kontrast maddə ilə aparılan KT müayinələrinin təhlükəsiz və dəqiq şəkildə icrasına şərait yaradır.

Bu texnoloji yenilik azyaşlı pasiyentlərdə bir çox xəstəliklərin erkən mərhələdə və dəqiq diaqnostikasına əhəmiyyətli töhfə verəcək.