Ötən il ölkəmizdə 82,8 min körpə ana südü ilə qidalanıb
Bakı, 19 sentyabr, AZƏRTAC
Ötən il ölkəmizdə 82, 8 min körpə ana südü ilə qidalanıb. Onlardan 57, 7 min nəfəri 3 aya qədər ana südü alıb.
AZƏRTAC Dövlət Statistika Komitəsinı istinadla xəbər verir ki, körpələrdən 49,5 mini 1 yaşa qədər, 16,5 mini 1,5 yaşa qədər öz ilkin qidasına sadiq qalıb.
Körpələrdən yalnız 9,3 mini 2 yaşına qədər ana südü ilə qidalanıb.