19 Sentyabr 2019

Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə yenidən qurulan “Ümid yeri” uşaq sığınacağı

Bakının Xəzər rayonunun Binə qəsəbəsində yerləşən “Ümid yeri” uşaq sığınacağı Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə yenidən qurulub. 2019-cu il iyunun 13-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva uşaq sığınacağının yeni binasının açılışında iştirak edib.

Uşaq sığınacağı 1997-ci ildə təsis olunub. Burada 18 yaşınadək şəxslər məskunlaşır. Sığınacaqda qaldıqları müddətdə onlara hüquqi, mənəvi, sosial və tibbi yardımlar edilir, uşaqların cəmiyyətə adaptasiya olunmalarına və təhsil almalarına dəstək göstərilir.

Müəssisədə sığınacaq sakinlərinin zövqlərinin formalaşması, istedad və bacarıqlarının inkişafı məqsədilə müxtəlif sənət sahələri – xalçaçılıq, rəssamlıq, əl işləri üzrə emalatxanalar yaradılıb.

İkimərtəbəli müəssisənin binası 53 yerlikdir. Yeni bina oğlanlar, qızlar və kiçik yaşlı uşaqlar üçün bölmələrin yaradılmasına imkan verib. Bütün otaqlar müasir avadanlıqla təchiz edilib. Uşaq sığınacağında yataq, sinif otaqları, informatika kabinetləri, sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün istirahət və əyləncə zonaları, yeməkxana yaradılıb.

Binanın həyəti abadlaşdırılıb, yaşıllıq zonası salınıb.

Fotoşəkillər aşağıdakı linkdə 

https://heydar-aliyev-foundation.org/az/content/view/72/4932/%E2%80%9C%C3%9Cmid-yeri%E2%80%9D-u%C5%9Faq-s%C4%B1%C4%9F%C4%B1naca%C4%9F%C4%B1?fbclid=IwAR2G7e5NSmMSJUMI5gSxcQJTEdOqvVb-26xJ6gXfi5bj9oaW8-kRlejGYRA

 

 

21 Yanvar 2021
Koronavirusa yoluxan hamilənin dünyaya gətirdiyi körpənin qanında virusa qarşı antikor inkişaf etdiyi məlum olub. Bolqarıstanda 28…
21 Yanvar 2021
Azərbaycanda ötən il qeydə alınmayan xəstəliklər məlum olub. Bu barədə SİA-ya Dövlət Statistika Komitəsindən məlumat verilib.…
19 Yanvar 2021
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin kollektivi koronavirusa qarşı vaksinasiyadan keçib. Könüllü şəkildə vaksinasiyadan keçmək istəyən Nazirliyin…