Novxanı çimərliyində 12 yaşlı yeniyetmə batıb (VİDEO)

Xəzər dənizində 12 yaşlı yeniyetmə batıb.

“Report”un məlumatına görə, hadisə Abşeron rayonundakı Novxanı çimərliyində qeydə alınıb.

Belə ki, valideyn nəzarətindən yayınan 2007-ci il təvəllüdlü Bayram Kərimli qadağan olunmuş ərazidə çimərkən boğulub.

Картинки по запросу Novxanı çimərliyində 12 yaşlı yeniyetmə batıb (VİDEO)

Ətrafdakı insanlar onun meyitini sudan çıxarıb.

Faktla bağlı araşdırma aparılır.