“Neyrocərrahiyyədə yeniliklər” simpoziumunda aktual çıxışlar dinlənilib

Baxış
20

Respublika Müalicəvi Diaqnostika Mərkəzində Azərbaycan Tibb Assosiasiyasının Neyrocərrahiyyə Dərnəyinin “Neyrocərrahiyyədə yeniliklər” adlı 1-ci simpoziumu keçirilib.

Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, 50-dən artıq neyrocərrahın iştirak etdiyi simpoziumda “Neyrocərrahiyyənin keçdiyi ziddiyyətli yol”, “Hipofiz adenomalarının müalicəsində cərrahi taktika”, “Epilepsiya cərrahiyyəsi – müasir yanaşma” mövzularında aktual çıxışlar olub.

Neyrocərrah Azər Əkbərov öz məruzəsində Respublika Müalicəvi Diaqnostika Mərkəzində hipofiz adenomaları əməliyyatları zamanı əldə etdiyi təcrübədən danışıb.

 

AZƏRTAC

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin