Nəsimi rayonunda sakinlərin tibbi müayinəsi başlanılıb

Artıq iki gündür ki, əhalinin tibbi müayinələrdən keçirilməsi kampaniyası başlanılıb.

Nəsimi rayon İcra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, rayondakı 20 nömrəli poliklinika da həmin tədbirə ilkin qoşulanlar sırasındadır. Tədbir çərçivəsində həm də sakinlərin bruselyoza qarşı müayinəsi aparılır. Sahə həkimləri rayon sakinlərinə xəstəliklə əlaqədar məlumatlar verib və öz xidməti sahələrində sanitar-maarif işləri aparıblar. Sakinlərdən götürülən qan nümunələri Respublika Taun Əleyhinə Stansiyada müayinə olunacaqdır.

İlk iki gün ərzində poliklinikada yüzlərlə rayon sakini tibbi müayinədən keçirilib.

 

AZƏRTAC