Nazir: "Dövlət və özəl səhiyyə sektorunun əməkdaşlığı ilə bağlı yeni qaydalar hazırlanıb"

“Bu gün Azərbaycanda istər dövlət, istərsə də özəl səhiyyə sektoru bir-biri ilə tamamlayıcı rol oynayır. Qəbul edilən “Dövlət və özəl tərəfdaşlıq haqqında” qanun bu sahədə yeni əməkdaşlıq imkanlarını təmin edib. Bu yaxınlarda həmin məsələ ilə əlaqəli qaydalar işlənib aidiyyəti üzrə təqdim olunacaq”.

“Report” xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev yenilənmiş Xidmətlər Zərfinin təqdimatında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu da ölkədə icbari tibbi sığorta üçün böyük və misilsiz imkanlar yaradacaq.

“Əhalinin sağlamlıq göstəricilərində son illərdə irəliləyişlər var. Əgər bugünkü gedişat davam etsə yaxın illərdə ölkədə daha sağlam nəsillər formalaşacaq”, – T.Musayev əlavə edib.