20 Noyabr 2017

Naxçıvanda kütləvi profilaktik müayinələr aparılmışdır

Naxçıvan Muxtar Respublika Xəstəxanasının yüksəkixtisaslı həkim briqadası tərəfindən kütləvi profilaktik müayinələr aparılmışdır

Muxtar respublika əhalisinin sağlamlığının mühafizəsi, dispanserizasiya işinin yaxşılaşdırılması məqsədilə həkim briqadaları şəhər, qəsəbə və kəndlərdə, ümumtəhsil məktəblərində kütləvi profilaktik müayinələri davam etdirirlər.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, növbəti belə müayinə Naxçıvan Muxtar Respublika Xəstəxanasının yüksəkixtisaslı həkim briqadası tərəfindən Şahbuz Rayon Mərkəzi Xəstəxanasında aparılıb. Oftalmoloq, kardioloq, nevropatoloq, endokrinoloq və laborantlardan ibarət briqada yerli tibb işçiləri ilə birlikdə 116 nəfəri profilaktik tibbi müayinə edib. Xəstəlik aşkar olunan şəxslərə müvafiq səhiyyə müəssisələrində dərin tibbi müayinələrə cəlb edilməsi məsləhət görülüb, onlara ambulator kartlar açılıb.

Aksiyada iştirak edən Gülnar Hadıyeva, Zərəfşan Bağırova, Nüsrət Əhədov və başqaları onlara göstərilən bu xidməti dövlətimizin əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirdiyi tədbirlərin tərkib hissəsi kimi dəyərləndirərək, belə xeyirxah aksiyaların təşkilatçı və icraçılarına minnətdarlıqlarını bildiriblər.

Aksiya iştirakçıları arasında ürək-damar, dəri-zöhrəvi, şəkərli diabet, onkoloji, yoluxucu, ginekoloji xəstəliklər, uşaqların düzgün qidalanması, ana südünün əhəmiyyəti, qohumluq nikahının və zərərli vərdişlərin hamiləliyə əks-təsiri barədə səhiyyə maarifi işləri aparılıb.

Əziz Əliyev adına Naxçıvan Мuxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının həkim briqadası isə Kəngərli rayonundakı Böyükdüz kəndində uşaqları kütləvi profilaktik tibbi müayinədən keçirib.

Pediatr, stomatoloq, ftiziatr, endokrinoloq və laborantlardan ibarət briqada kəndin həkim ambulatoriyasında 30 uşağa tibbi xidmət göstərib. Xəstəlikləri aşkar edilmiş bəzi uşaqların əlavə müayinə və müalicəsi üçün Mərkəzi Uşaq Xəstəxanasına gəlmələri məsləhət görülüb. Otuz valideynlə səhiyyə maarifi işi aparılıb, uşaqların sağlamlığının qorunmasında səhiyyə müəssisələri ilə valideynlərin birgə fəaliyyətinin zəruriliyi qeyd edilib.

Xəstələrə pulsuz dərman və sarğı materialları verilib, peyvəndlərin təqvim üzrə aparılması və dispanserizasiya işinin təşkili, tibbi sənədləşmənin düzgün həyata keçirilməsi ilə əlaqədar məntəqə işçilərinə metodik köməklik göstərilib.

 

AZƏRTAC

01 İyun 2020
Yanıq zamanı düzgün şəkildə göstərilən ilkin yardım sonrakı sağalma prosesi üçün vacib şərtdir. e-tibb.az xəbər verir ki,…
01 İyun 2020
Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları şəhərin Nizami rayonu ərazisində gizli şəkildə fəaliyyət göstərən özəl…
01 İyun 2020
Bakı. İlhamə İsabalayeva – Trend: Rezidenturaya qəbul imtahanının iyulun sonu, avqustun əvvəlində keçirilməsi nəzərdə tutulur.…