Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi işçilərinin maaşları artırılıb

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi” publik hüquqi şəxsin işçilərinin aylıq vəzifə maaşlarının artırılması haqqında Sərəncam imzalayıb.

Trend-in məlumatına görə, sərəncama əsasən “Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi” publik hüquqi şəxsin işçilərinin aylıq vəzifə maaşları 2020-ci il fevralın 1-dən 50 faiz artırılır.