Milli Onkologiya Mərkəzində PARTLAYIŞ - Xəsarət alan həkimin FOTOSU
Milli Onkologiya Mərkəzində baş verən partlayış nəticəsində xəsarət alan Şüa-diaqnostika şöbəsinin həkim-radioloqu Asif Nəsirlinin fotosu yayılıb.
Oxu.Az həmin fotonu təqdim edir:

Milli Onkologiya Mərkəzində partlayış hadisəsi Şüa-diaqnostika şöbəsində baş verib.
Oxu.Az-ın xəbərinə görə, şöbənin birinci mərtəbəsində qeydə alınan olay zamanı həkim-radioloq Asif Nəsirli ağır bədən xəsarətləri alıb.
O, təcili olaraq xəstəxanaya hospitalizasiya edilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar, hadisənin başvermə səbəbləri araşdırılır.
Samir Əli
Milli Onkologiya Mərkəzinin otaqlarının birində partlayış olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, xəstə Mübariz Əliyev hadisə yerində ölüb, bir həkim xəsarət alıb.
Hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Mənbə: https://oxu.az/hadise/milli-onkologiya-merkezinde-partlayis-olen-var