Məşhur aparıcının iki yaşlı oğlu onuncu mərtəbədən yıxılaraq həyatını itirdi

Məşhur gürcü teleaparıcı, aktyor və Gürcüstan Teatr Tənqidçiləri İttifaqının prezidenti Nikoloz Tsulukidzenin iki yaşlı oğlu yaşayış binasının onuncu mərtəbəsindən yıxılaraq ölüb.

Faciə bir gün əvvəl Tbilisidə baş verib.

İctimai xadimlər, siyasətçilər, aktyorlar və sənətçilər sosial şəbəkədə Nikoloz Tsulukidze və ailəsinə başsağlığı verirlər. Onların bir çoxu səhifələrindəki əsas fotoları qara kvadratlara və lentə dəyişiblər.

Mənbə: Sputnik Gürcüstan