M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində həkim-rezidentlər üçün mühazirə və kurslar keçiriləcək
M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində ümumi cərrahiyyə, mamalıq-ginekologiya və urologiya ixtisasları üzrə təhsil alan həkim-rezidentlər üçün ümumi və laparoskopik cərrahiyyə üzrə silsilə interaktiv mühazirə və kurslar təşkil edilir.
AZƏRTAC xəbər verir ki, “Açıq və laparoskopik cərrahiyyədə istifadə edilən müasir düyünvurma texnikaları” mövzusunda ilk mühazirə martın 3-ü saat 15-də keçiriləcək. Mühazirəçi M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin elmi katibi, professor Qurbanxan Müslümovdur.
Mühazirələrdə gurbanmuslumov.com/leksiyalar/, kurslarda iştirak etmək üçün linki vasitəsilə qeydiyyatdan keçməklə iştirak etmək olar.