Lisey və gimnaziyalara seçimlərin nəticələri açıqlanıb

Baxış
49

2026-2027-ci tədris ili üzrə mərkəzləşdirilmiş qaydada qəbul aparılan lisey və gimnaziyalara seçimlərin nəticələri elan olunub.

Bu barədə Bakıvaxtı.az-a Təhsil İnstitutundan məlumat verilib.

Bildirilib ki, şagirdlər qəbulun nəticələri ilə sy.edu.az platformasında “İmtahanlar” bölməsinin “Lisey seçimi” alt bölməsindən tanış ola bilərlər.

Lisey və ya gimnaziyalara qəbul olunan şagirdlərin sənəd qəbulunun avqust ayının ilk yarısında həyata keçirilməsi nəzərdə tutulur. Yerdəyişmə sistemi aktivləşdikdə qəbul olunan şagirdlər üçün elektron sistem üzərindən avtomatik sorğular yaradılacaq. Şagirdlər və valideynlər şəxsi kabinetlərindəki “Sorğularım” bölməsi vasitəsilə həmin sorğuların icra vəziyyətini və mərhələlərini izləyə biləcəklər.

Ətraflı: https://bakivaxti.az/az/posts/detail/lisey-ve-gimnaziyalara-secimlerin-neticeleri-aciqlanib-1784534100

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin