Lənkəranda pediatrik reanimasiyaya dəstək məqsədilə təlim keçirilib

Bakı, 20 iyul, AZƏRTAC

İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və “Uptode in Medicine”in birgə əməkdaşlığı ilə Lənkəran şəhərində pediatrik reanimasiyaya dəstək məqsədilə Amerika Ürək Assosiasiyasının (AHA) Pediatrik Təkmil Həyata dəstək PALS təlimi baş tutub.

AZƏRTAC İSİM-in rəsmi instaqram səhifəsinə istinadla bildirir ki, təlimdə Lənkəran Perinatal Mərkəzin həkimləri, pediatrlar, neonatoloqlar iştirak edib. Təlim İSİM-in həkim-metodisti, eyni zamanda Amerika Ürək Assosiasiyasının ACLS, PALS, BLS üzrə beynəlxalq sertifikatlı təlimçisi Könül İsmayılova tərəfindən aparılıb. İki gün davam edən təlimdə pediatrik təcili yardımın əsasları ilə bağlı həm nəzəri, həm də praktik bacarıqlar öyrədilib.

Təlimlərin Azərbaycanın bir sıra iri şəhərlərində keçirilməsi nəzərdə tutulur.