Körpənin yuxuluykən yeməsi normal haldır

Yuxuda yemək körpələri gecə yuxusundan oyanmadan və ya oyandırmadan qidalandırmaq üsuludur.

Aztibb.az xəbər verir ki, pediatr Xəyalə Əliyevanın bildirdiyinə görə, əgər butulka ilə qidalanan körpəniz varsa və onu qucağınıza aldıqda oyanacağından narahatsınızsa, onu yatağında ikən yedizdirə bilərsiniz.

Orta hesabla ana körpəsini hər 4 saatdan bir qidalandıra bilər.

Həkim onu da bildirib ki, körpənizin qidalanması ilə bağlı həkiminizlə mütləq məsləhətləşməlisiniz.