Körpələrlə bağlı ən aktual suallar: Nəyi etmək olar, nəyi yox? -Pediatrdan CAVAB
Körpələrlə bağlı ən aktual suallar: Nəyi etmək olar, nəyi yox? -Pediatrdan CAVAB
Uşağın doğulması ilə bəzən ailədə təbəddülatlar da yaşanır. Yaşlı nəsil olan və çoxlu uşaq yetişdirmək təcrübəsi olan nənələr, xalalar ənənəni davam etdirmək məqsədi ilə gənc anaya müxtəlif məsləhətlər verir. Ana həkimlərlə ailənin arasında qalır: Nəyi etsin,nəyi etməsin?
Bunu pediatr, uzman həkim Ülvi Əliyev açıqlayıb. Həkim yeni doğulanlarla bağlı bir çox aktual suallara cavab verib.
E-tibb.az onları təqdim edir:
Uşaq doğulanda ağız südü (kolostrum) verilsinmi? Bəzi yerlərdə bu süd sağılıb atılır. Əslində çox faydalı, zülal, mineral, anticisimlərlə zəngin bir mayedir, yəni verilməsi məsləhətdir.
Bəzi yerlərdə uşaqları xüsusən qız uşaqlarını şirindil, dilli-ağızlı olsun deyə bal və ya xurma əzib damağına sürtürlər. Bu, müsəlmanlarda “təhnik” adlanır. Əslində isə 12 aya qədər uşaqlara bal vermək olmaz. Clostridium ilə zəhərlənmə ola bilər. Bəzən şiddətli allergik reaksiyalar da baş verdiyi üçün tövsiyyə edilmir.
Uşağın kirpikləri bərkisin və rahat yatsın deyə sürmə sürtmək doğrudurmu? Əslində əsl təmiz, təbii sürmənin heç bir ziyanı yoxdur, ancaq o ad altında satılan kimyəvi vasitələr gözdə infeksiya yarada bilər.
Körpəyə su vermək olarmı? Ana südünün 85 % sudan ibarətdir və ana südü alan uşağa əlavə su və çay verilməsinə lüzum yoxdur. qdan sonra əmizdirmək üçün gözləmək lazımdır? Əslində doğumdan sonra ən geci bir saat ərzində döşə qoyulmalıdır ki, südyaranma və əmizdirmə normal və rəvan keçsin.
Uşağı bələyəkmi? Bir çoxları buna keçmişin qalığı kimi baxır. Bud-çanaq oynağı displaziyası səbəbi, uşağa əziyyət kimi qiymətləndirilir.
Uşağı ayaqda yırğalamaq olarmı? Əvvəllər nənni, beşik, yüyrük vardı. İndi çox vaxt körpə yuxuya getsin deyə ayaqda yırğalayırlar. Amma bu, vaxtından əvvəl doğulmuş, yəni prematür uşaqlarda beyin qansızmasına səbəb ola bilər.
Saçlarını qırxmaq düzgündürmü? Bəzi yerlərdə “əqiqə” olaraq 40-cı gün saçları qırxıb ağırlığı qədərində qızıl (gümüş) sədəqə verirlər. Uşağın saçı istənilən vaxt qırxıla bilər. Seyrək saçın qırxıldıqdan sonra gur gəlməsi fikrinin elmi əsası yoxdur.
Uşağı nə vaxt çimdirmək olar? Uşağın anadan olan kimi çimdirilməsi yalnız ananın hepatit B, C, HİV kimi xəstəlikləri olduqda vacibdir. Başqa vaxtı çağanın erkən çimizdirilməsi məsləhət deyil. Ona görə ki, uşağın üzərindəki “vernix caseosa” deyilən yapışqan maddə zərif dərini mikroblardan çox gözəl müdafiə edir. 10-15 gün qalması vacibdir.
Uşağı massaj etmək lazımdırmı? Hər uşağın massaja ehtiyacı yoxdur. Kontrakturalı, serebral iflicli, spastik, tortikollis (əyriboyunluq) və s. Bu kimi izafi xərclərə düşməyə ehtiyac yoxdur…