Koronavirusdan sağalan şəxslərə müraciət olunub: Qan donoru olun!
Mərkəzi Qan Bankı koronavirusa yoluxub sağalan şəxslərə müraciət edib.
e-tibb.az xəbər verir ki, müraciətdə bildirilir ki, koronavirus infeksiyasından sağalmış insanlar ağır xəstələrə donor ola bilərlər: “Hazırda süni tənəffüs cihazına bağlı və vəziyyəti kritik olan xəstələrimiz var. Aparılan təcrübə göstərir ki, bu xəstələr üçün Konvalesent Plazma müalicəsi çox effektivdir. Biz bu çətin günlərdə bir birimizə dəstək olmaqla koronavirus (COVID-19) pandemiyasına qalib gələ bilərik!
Qan (plazma) donoru ol, həyat qurtar!”
Mərkəzi Qan Bankının ünvan: Mirəli Qaşqay küçəsi 87
Telefonlar: 907
012 440 65 86
012 440 78 50
012 441 66 52