27 Noyabr 2020

Koronavirus ilə əlaqədar aparılan testlərin bitməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir

Bakı, 26 noyabr, AZƏRTAC

Azərbaycanda koronavirus (COVID-19) ilə əlaqədar aparılan testlərin bitməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) AZƏRTAC-a bildiriblər ki, ölkəmizdə koronavirusun diaqnozu üçün kifayət qədər test ehtiyatı mövcuddur. Sadəcə olaraq, gün ərzində götürülən testlərin sayı çox olduğundan bu, laboratoriyaların iş gücünə təsir göstərir. Nəticədə, təbii olaraq testin nəticələri bir qədər gecikmiş olur. Bu problemin aradan qaldırılması məqsədilə simptomsuz təmaslılardan testlərin götürülməsinə müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb.

Məlumat üçün bildirilib ki, hazırda ölkədə 37 laboratoriya mövcuddur. Həmin laboratoriyalarda gündəlik 10 min testin aparılması nəzərdə tutulurdu. Artıq müraciətlərin sayı çox olduğundan gün ərzində laboratoriyalara daxil olan test nümunələri nəzərdə tutulduğundan 2 dəfə (19 min 178 test) artıb.

21 Yanvar 2021
Koronavirusa yoluxan hamilənin dünyaya gətirdiyi körpənin qanında virusa qarşı antikor inkişaf etdiyi məlum olub. Bolqarıstanda 28…
19 Yanvar 2021
Bakı. İlhamə İsabalayeva - Trend: Azərbaycan vətəndaşlarının xarici ölkəyə səfəri zamanı şəxsdən COVİD-19-a qarşı peyvənd…
19 Yanvar 2021
Bakı. İlhamə İsabalayeva - Trend: TƏBİB COVİD-19 virusuna yoluxaraq sağalmış şəxslərin peyvənd olunub-olunmayacağına aydınlıq gətirib.…