Koronavirus haqqında qısa məlumat - Həkim Nərmin Əzizova

Koronavirus haqqında qısa məlumat

Koronavirus tənəffüs yolu infeksiyası bir virusdur. Bu virus xəstə adamların asqırma və öskürmə yolu ilə hava damcı yolu ilə yayılır. Hətta bu damcıların yapışdığı səthlərə təmas edib sonra əllərin ağıza, buruna və gözə aparılması ilə də yoluxmaq mümkündür.

Ən çox rast gəlinən əlamətlər yüksək hərarət, öskürək və tənəffüs çatışmazlığıdır. Ağır hallarda pnevmoniya, ağır tənəffüs çatışmazlığı, böyrək çatışmazlığı və ölüm ola bilər.  İnkubasiya dövrü 2- 14 gündür.

Картинки по запросу "коронавирус"

Qorunmaq üçün nələr edilməlidir?

Kəskin tənəffüs yolu infeksiyalara yoluxmamaq üçün aparılan bütün metodlar koronavirus üçün də daxildir.

  • Öskürmə və ya asqırma zamanı ağız və burun tək istifadəlik salfetlə tutulmalıdır;
  • Əgər salfet yoxdursa onda dirsəyin iç tərəfi ilə ağız və burun tutulmalıdır;
  • Əl vermək və qucaqlaşmaqdan uzaq durmaq lazımdır;
  • Mümkün olduğu qədər əhalinin sıx olduğu yerlərdə olmamağa çalışın;
  • Çirkli əllərlə ağıza, buruna və gözlərə toxunmayın;
  • Əl gigiyenasına diqqət edin. Əllər xüsusən biləklər, barmaq araları, ovuc, əlin bayır səthi, dırnaqların uc kənarları ən az 20 saniyə sabun və su ilə köpürdülərək yuyulmalıdır. Əllər su altında yaxşıca yuyulduqdan sonra biləkdən başlayaraq ələ doğru salfetlə qurulanmalıdır. Sabun və su olmadıqda isə spirt tərkibli antiseptiklərdən istifadə edin;
  • Əllər yemək hazırlamadan, yemədən, tualetə girmədən əvvəl və sonra yuyulmalıdır. Diş, ağız, üz və gözlər təmizliyindən əvvəl, burun təmizliyindən, öskürük və asqırmadan, əlləri zibilə və xarab olmuş qidalara vurduqdan, nəqliyyat vasitələrini istifadədən, heyvanlara təmasdan, bayırdan evə gəldikdən sonra yuyulmalıdır;
  • Qapalı yerlərin havası tez-tez dəyişdirilməlidir;
  • İmmun sistemini gücləndirmək üçün həmişə sağlam qidalanmağa diqqət edilməlidir. Qidalar istifadədən əvvəl yuyulmalıdır.

Qeyd:

  • Sizdə öskürək, qızdırma və tənəffüs çatışmazlığı əlaməti vardırsa;
  • 14 gün içərisində koronovirusun yayıldığı ölkələrdən birindən gəlmisizsə və bu əlamətlər sizdə varsa cərrahi maska taxıb təcili olaraq yaxınlıqda yerləşən xəstəxanaya müraciət etməlisiniz.

Картинки по запросу "коронавирус"

Bilməlisiniz ki:

  • Koronavirus bir virusdur və onun müalicəsində antibiotik istifadə olunmur. Ona görə əlamətlər gördükdə antibiotik istifadə etməyin əvəzində tibb müəssisələrinə müraciət edib, simptomatik və dəstəkləyici müalicə alın;
  • Koronavirusa qarşı hazırlanan peyvənd hələ ki, mövcud deyildir;
  • Xüsusən xroniki xəstəliyi olanlar və yaşlı insanlar daha yüksək risk altındadır;
  • Burnu duzlu su ilə yumağın koronavirusa qarşı qoruyuculuğuna dair hələ ki, dəqiq məlumat mövcud deyildir.

 

 

Картинки по запросу "nərmin əzizova"

Həkim-pediatr Nərmin Əzizova

Elmi-Tədqiqat Pediatriya İnstitutu