08 Noyabr 2019

Keyfiyyətli şpris necə olmalıdır? – AÇIQLAMA

“Azərbaycanda hər kəs əsasən dərmanın keyfiyyəti ilə maraqlanır. Heç kim şprisin materialı, keyfiyyəti, steril, infeksiya mənbəyi olub-olmaması ilə maraqlanmır. Bu gün insanlar aptekə gedib Çin istehsalı olan ucuz şprislər alırlar. Onların da mənşəyi məlum deyil”.

e-tibb.az APA-ya istinadən xəbər verir ki, bunu Bakıda fəaliyyət göstərən “Diamed” şpris istehsalı zavodunun direktoru Samirə Hüseynova deyib.

Onun sözlərinə görə, Azərbaycan istehsalı olan şprislərin içərisində uc hissədə qara rezin olmur. Qara rezin olanda həmin şprislər tam steril sayılmır. Yəni, 3 hissədən ibarət olan şprisin bir hissəsi – 30 faizi steril deyil. Bu isə o deməkdir ki, şpris infeksiya mənbəyi ola bilər. Bizim zavodun istehsal etdiyi şprislər isə iki hissəlidir. Artıq Avropanın qabaqcıl ölkələri üç hissəli şprislərdən istifadə etmir. Azərbaycana gətirilən şprislərin əksəriyyətinin xammalı tibbi materiallar, yəni tibbi polimerlər deyil. Azərbaycan istehsalı şprislərdə isə tibbi xammaldan istifadə olunur”.

Direktor qeyd edib ki, şpris iynələri Yaponiyanın qabaqcıl “Nipro Pharma” şirkətinə məxsusdur. İynələr Azərbaycana hazır şəkildə gətirilir. Azərbaycanda 2, 5, 10 və 20 qramlıq şpris satışına başlanılıb: “Bu günə qədər ölkəyə ucuz şprislər gətirildiyi üçün rəqabət aparmaq bir qədər çətindir. İnsanları şprislərin keyfiyyəti barədə məlumatlandırmaq istəyirik. Bizim istehsal etdiyimiz şprislər Almaniyanın ən yüksək keyfiyyətli şprislərindən 30 faiz ucuzdur. Zavodun istehsal etdiyi şprislər hazırda ölkədəki apteklərdə satılan şprislərlə eyni qiymətdə olsa da, keyfiyyəti yüksəkdir. Bu ilin may ayından açılan zavod il ərzində 150 milyon şpris istehsal edə bilər. Zavodun istehsal gücü Azərbaycan əhalisinin şprislərə olan tələbatını ödəyir”.

e-tibb.az

01 İyun 2020
Yanıq zamanı düzgün şəkildə göstərilən ilkin yardım sonrakı sağalma prosesi üçün vacib şərtdir. e-tibb.az xəbər verir ki,…
01 İyun 2020
Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları şəhərin Nizami rayonu ərazisində gizli şəkildə fəaliyyət göstərən özəl…
01 İyun 2020
Bakı. İlhamə İsabalayeva – Trend: Rezidenturaya qəbul imtahanının iyulun sonu, avqustun əvvəlində keçirilməsi nəzərdə tutulur.…