K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda Silahlı Qüvvələr Günü qeyd olunub

Baxış
132

Səhiyyə Nazirliyinin K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Azərbaycan Ordusunun ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və təhlükəsizliyinin qorunmasındakı xidmətləri qeyd olunub, şəhidlərimizin xatirəsi ehtiramla yad edilib. İnstitutun kişi əməkdaşları təbrik olunub, hərbi qulluqçularımıza uğurlar və can sağlığı arzulanıb.

Tədbir çərçivəsində Vətən müharibəsi və Zəfər tariximizə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin