K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda neonatologiyaya həsr olunmuş elmi-praktik konfrans keçiriləcəkdir

Baxış
568

Pediatriya.az xəbər verir ki, Səhiyyə Nazirliyinin K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun təşkilatçılığı ilə 8 iyun 2026-cı il tarixində “Neonatologiyada klinik çağırışlar: diaqnostika və müalicə” mövzusunda elmi-praktik konfrans keçiriləcəkdir.

Konfransın məqsədi neonatologiya sahəsində müasir diaqnostika və müalicə yanaşmalarının, eləcə də gündəlik klinik praktikada qarşıya çıxan aktual problemlərin müzakirəsi, elmi bilik və təcrübə mübadiləsinin təşviq edilməsidir. Tədbirdə neonatoloqlar, pediatrlar, reanimatoloqlar, ailə həkimləri, rezidentlər və digər səhiyyə mütəxəssislərinin iştirakı nəzərdə tutulur.

Konfrans çərçivəsində yenidoğulmuşların intensiv terapiyası, erkən diaqnostika, müasir müalicə strategiyaları və klinik halların idarə olunmasına dair məruzələr təqdim ediləcək, müzakirələr aparılacaq.

Konfransda iştirak etmək istəyənlər +994 50 773 01 21 nömrəsi ilə əlaqə saxlayaraq qeydiyyatdan keçə bilərlər.

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin