Həssas əhali qruplarından olan şəxslər üçün master-klas təşkil edilib

Baxış
45

Bakı, 20 iyul, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Osman Mirzəyev adına 5 saylı Uşaq evi sosial xidmət müəssisəsinin benefisiarları və agentliyin Lənkəran-Astara regional filialı tərəfindən evdə (səyyar) sosial xidmət göstərilən ahıl şəxslər üçün master-klas təşkil edilib.

Bu barədə AZƏRTAC-a agentlikdən məlumat verilib.

Bildirilib ki, ölkəmizdə xalq sənəti növlərindən olan həsirçilik üzrə keçirilən master-klas zamanı iştirakçılar bu qədim sənətin tarixi, istifadə olunan materiallar və sadə toxuma üsulları ilə tanış olublar.

Qeyd edilib ki, tədbir çərçivəsində uşaqlar sitrus bağına baş çəkərək, meyvələrin yetişdirilməsi və onlara qulluq qaydaları barədə də məlumat əldə ediblər.

Master-klasın təşkilində məqsəd ahıllar və uşaqlar arasında mədəni körpünün yaradılması, həssas əhali qruplarından olan şəxslərin sosial reabilitasiyasına və cəmiyyətə inteqrasiyasına dəstək göstərilməsidir.

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin