"Günəş altında alkoqol qəbulu infarkt riskini artırır" - Uzman həkim

Alkoqolun ən bilinən əks təsiri bədəndəki su ehtiyatını qurutmasıdır. Bu, ağız quruluğu və baş ağrısı kimi problemlərə səbəb ola bilər. Həmçinin alkoqol və isti havanın birləşməsi intoksikasiyanın artmasına səbəb ola bilər.

Aztibb.az xəbər verir ki, bunu Liv Bona Dea Hospitalının həkimi, tanınmış ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev bildirib.

Onun sözlərinə görə, alkoqol susuzluğu artırır, ürək-damar sistemini yükləyir və su-duz balansını pozur.

Uzman həkim vurğulayıb ki, günəş altında alkoqol qəbulu infarkt riskini də artırır:

“Həddindən artıq gün işığına məruz qalmaq onsuz da özlüyündə bir risk olsa da, alkoqol qəbulu ilə vəziyyəti daha da pisləşdirə bilərsiniz. Qan səviyyəsində ani dəyişikliklər və həddindən artıq yorğunluq nəticəsində arzuolunmaz infarkt keçirmə riskinizi artırmış olarsınız”.