Göyçayda kütləvi zəhərlənmə qeydə alınıb

Bakı, 19 aprel, AZƏRTAC

Aprelin 19-da saat 00:49-da 10 nəfər (hamısı kişi) Alimentar Qastrid diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım bölməsinə daxil olub.

TƏBİB-dən AZƏRTAC-a bildirilib ki, həkim heyəti tərəfindən vətəndaşlara ilkin zəruri tibbi yardım göstərilib və vəziyyətləri stabil olduğu üçün ambulator müalicə üçün buraxılıblar.