Göyçayda 51 yaşlı kişi əməliyyat zamanı öldü

Göyçay rayonunda əməliyyat zamanı ölüm hadisəsi qeydə alınıb.

Oxu.Az-ın məlumatına görə, mayın 5-i Göyçay Rayon Mərkəzi Xəstəxanasında Ucar rayon sakini 1974-cü il təvəllüdlü Vidadi Əliyar oğlu İsgəndərov damar əməliyyatı zamanı ölüb.

Faktla bağlı araşdırmalar aparılır.

Aytac Qasımova