Əziz Əliyev adına elmi-praktik “Tibb və elm” jurnalı elmi nəşrlər siyahısına daxil edilib
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda nəşr olunan Əziz Əliyev adına elmi-praktik “Tibb və elm” jurnalı geniş həkim auditoriyası və fundamental tibbi-bioloji ixtisas mütəxəssisləri üçün nəzərdə tutulub.
İnstitutdan AZƏRTAC-a verilən məlumata görə, jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin təsdiq etdiyi “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin siyahısı”na daxil edilib.
Elmi-praktik jurnalda təqdim olunan rubrikalar, dərc olunan məqalə və şərhlər, mühazirələr və tarixi xronikalar ünvanlandığı auditoriyada böyük maraq doğurur. Jurnal kliniki və fundamental sahələrlə yanaşı, həmçinin tibb qanunvericiliyi və səhiyyə maariflənməsi məsələlərini də işıqlandırır.