Dr.Vüsal Cəfərov canlı yayımda “Uşaqlarda qusmanın cərrahi müalicəsi” mövzusunda çıxış edəcək
Bakı. Trend:
Mərkəzi Gömrük Hospitalının Uşaq cərrahiyyəsi şöbəsinin yüksəkixtisaslı uzman uşaq cərrahı Vüsal Cəfərov 30 mart 2022-ci il tarixində saat 15.00-da “Uşaqlarda qusmanın cərrahi müalicəsi” mövzusunda canlı yayımda çıxış edəcək. Canlı yayım Mərkəzi Gömrük Hospitalının rəsmi Facebook səhifəsi üzərindən yayımlanacaq (https://www.facebook.com/customshospital/).
Sualları canlı yayım vaxtı və yaxud öncədən Mərkəzi Gömrük Hospitalının facebook səhifəsi vasitəsilə ünvanlamaq mümkündür. Qeyd edək ki, Dr. Vüsal Cəfərov 2009-cu ildə Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsini bitirdikdən sonra 2011-2016-cı illərdə İstanbul Cərrahpaşa Universitetinin Tibb fakültəsinin Uşaq Cərrahiyyəsi və Uşaq Urologiyası bölməsində uzmanlıq təhsili almışdır.
Dr. Vüsal Cəfərov 2016-cı ildən etibarən Mərkəzi Gömrük Hospitalında uşaq cərrahı kimi çalışır. O, uşaqlarda anadangəlmə inkişaf qüsurlarının, yenidoğulmuş uşaqların cərrahi problemlərinin, uşaqlarda rast gəlinən təcili patologiyaların müalicəsi üçün aparılan əməliyyatları, həmçinin, müxtəlif növ uşaq uroloji əməliyyatlarını həm açıq cərrahiyyə, həm də laparoskopik üsulla icra edir.
O, dünya mətbuatını mütəmadi olaraq izləyir, tibb elminin nailiyyətləri ilə tanış olur, onları öyrənir və öz təcrübəsində tətbiq edir. Dr.Vüsal Cəfərovun “Xayanın xayalıqdan kənar yerləşməsi” elmi məqaləsi 12 oktyabr 2019-cu il tarixində “Elsevier” nəşriyyat evinə daxil olan nüfuzlu “Journal of Pediatric Surgery Case Report” jurnalının online versiyasında ingilis dilində işıqlanıb. Dr. Vüsal Cəfərov Türk Təbiblər Birliyinin, Türk Uşaq Cərrahiyyəsi Dərnəyinin, Türk Hipospadiya Dərnəyinin üzvüdür.