Doğuşayardım müəssisələrinin neonatal şöbələrində olan tibbi personal üçün təlimlər davam etdirilir
Bakı, 7 iyun, AZƏRTAC
Doğuşayardım müəssisələrinin neonatal şöbələrində olan tibbi personala yenidoğulmuşlar arasında müşahidə olunan əsas beş genetik xəstəliyə görə-fenilketonuriya, qalaktozemiya, adrenogenital sindrom, mukovissedoz, anadangəlmə hipoterioz skrininq müayinələrinin aparılması üçün Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun Neonatologiya şöbəsinin həkimləri tərəfindən respublikanın müxtəlif bölgələrində təlimlərin həyata keçirilməsi davam edir.
AZƏRTAC Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) istinadla bildirir ki, səfərlər çərçivəsində Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarında neonatal skrininqin düzgün aparılma taktikası nümayiş olunur və praktiki məşğələlər icra edilir.