Bağçada müəllim uşağın saçını yoldu

Bağçada müəllim şənlik zamanı uşağın saçını çəkib.

Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial mediada yayılıb.

Belə ki, uşaqların bir arada olduğu şənlikdə hər kəs masa ətrafında toplaşır. Bu zaman müəllim uşaqlardan birinin saçını dartaraq onu geriyə çəkir. Video sosial şəbəkədə müzakirələrə və valideynlərin etirazına səbəb olub.