Daha bir ölkədə uşaqlar arasında naməlum mənşəli hepatit virusu yayılır
Argentinada səkkiz uşaqda naməlum mənşəli hepatit şübhəsi müəyyən edilib.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib.
Testlər və epidemioloji araşdırmalar aparılır – xəstələrə son diaqnoz qoyulmayıb.
Nazirlikdən bildirilib ki, bunlar ayrı-ayrı hadisələrdir və onlar arasında heç bir əlaqə yoxdur.
Səhiyyə Nazirliyi həkimlərə tövsiyə edir ki, simptomlar virus hepatiti (A, B, C, D və E) üçün mənfi nəticəli testlər olan hepatitə uyğun gələn halı şübhəli kimi təsnif etsinlər. Bu xəstələrin tədqiqinə adenovirusun aşkar edilməsini də daxil etmək tövsiyə olunur.
Aprelin 23-də Ümumdünya Səhiyyə Təşkilatı 12 ölkədə uşaqlar arasında naməlum mənşəli kəskin hepatitə yoluxma halları barədə məlumat verib.
Mənbə: Gazeta.ru