16 İyul 2019

Çimərlik geyimini dəyişməmək uşaqlarda bu problemə səbəb olur

Uşaqlarda tez-tez rast gəlinən xəstəliklərdən biri də sidik yolu infeksiyasıdır. Qız uşaqlarında hər yaşda, oğlanlarda isə daha çox ilk 3 yaşda rast gəlinir.

Bunu uşaq cərrahı, tibb üzrə fəlsəfə doktoru Toğrul Ömərov açıqlayıb.

Həkim qeyd edib ki, oğlanlarda bu problemə sünnətsiz dönəmdə daha çox rast gəlinir: “Faktdır ki, sünnət sidik yolu infeksiyasının yaranma riskini azaldır.

Dənizdən və ya hovuzdan çıxdıqdan sonra uşaqlarda çimərlik geyimlərinin dəyişdirilməməsi başda sidik yolu infeksiyası riskini artırmaqla yanaşı, digər bir çox xəstəliklərin də yaranmasına zəmin hazırlayır. Sudan çıxdıqdan sonra ən qısa müddətdə geyimin yenisi ilə dəyişdirilməsinin bu riskin qarşısını almaq üçün ən yaxşı yol olduğunu unutmayın”.

e-tibb.az

26 Dekabr 2019
"Toppuş görünən, artıq kalori ilə yüklənərək, kökəldilən uşaqlar gələcəkdə çox ciddi xəstəliklərlə bağlı risk qrupuna…
21 Dekabr 2019
Bakı. İlhamə İsabalayeva – Trend: Gələn il yanvarın 1-dən uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin…
15 Dekabr 2019
Müqayisə edilən uşaqlarda qısqanclıq, xoşbəxt olmamaq, özünə qapanmaq, əsəbilik, ətrafa qarşı aqressiv olmaq müşahidə edilir.…